Rusiya dövlətlərin böyük əksəriyyəti ilə birlikdə fələstinlilərin öz dövlətlərinə olan qanuni hüquqlarını hələ indiki faciə baş verməmişdən əvvəl çoxdan tanıyıb. Bunu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yaxın Şərq sülh nizamlanması üzrə yüksək səviyyəli beynəlxalq konfransda çıxış edən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
“Xatırlatmaq istərdim ki, Rusiya, dünya ölkələrinin böyük əksəriyyəti – 149 dövlət kimi, çoxdan fələstinlilərin qanuni qayıdış və öz müqəddəratını təyinetmə hüquqlarını, öz dövlətləri üçün ədalətli istəklərini tanıyıb. Onlar bunu indiki insan faciəsi və ən azı 65 fələstinlinin həyatına son qoyan dəhşətli fəlakəti gözləmədən ediblər. (Tass)
