İranın xarici işlər naziri Abbas Əraqçi Nyu-Yorkda Aİ-3 (Birləşmiş Krallıq, Almaniya və Fransa) həmkarları ilə görüşdə İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün təkliflər irəli sürüb. İran Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
“Bu görüşdə BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpası üçün əsassız və qanunsuz hərəkətləri nəzərə alaraq, [böhranı həll etmək üçün] diplomatik danışıqların davam etdirilməsi üçün bir sıra ideya və təkliflər irəli sürülüb və bütün maraqlı tərəflərlə məsləhətləşmələrin davam etdirilməsi qərara alınıb”, – XİN-in bəyanatında deyilir.
