ABŞ-ın birinci xanımı Melaniya Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu Yorkda Vladimir Zelenskinin həyat yoldaşının xahişinə baxmayaraq, onunla ikitərəfli görüş keçirməmək qərarına gəlib. Bu barədə Melaniyanın baş məsləhətçisi Mark Bekmana istinadən New York Post qəzeti yazıb.
“Xanım Zelenskaya bir neçə dəfə Melaniyadan görüş istəyib, lakin ikitərəfli görüş olmayacaq. Rəsmi heç nə olmayacaq”, – Bekman bildirib. “Birinci xanımımız çox nəzakətli olduğu üçün salam verəcək. Amma dolğun söhbət olmayacaq, görüş nəzərdə tutulmayıb”.
Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasının Ümumi Siyasət Debatı (Yüksək Səviyyə Həftəsi) 150-yə yaxın dövlət və hökumət başçısının, eləcə də xarici işlər nazirlərinin iştirakı ilə başlayıb. ABŞ prezidenti Donald Tramp görüşə xanımı Melaniyanın müşayiəti ilə gəlib. (Tass)
