İyun 27, 2026-23:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Aqrar Sığorta Fondu iqlim risklərinin kənd təsərrüfatına təsirinin müzakirə olunduğu beynəlxalq tədbirdə iştirak edib

2025:09:24 - 11:20
in İQTİSADİYYAT
A A

Sentyabrın 22-24-də Niderlandın Rotterdam şəhərində Beynəlxalq Kənd Təsərrüfatı İstehsalı Sığortaçılar Assosiasiyasının (AIAG) təşkilatçılığı ilə ənənəvi illik konqres – “AIAG Congress” 2025 keçirilir.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanı bu tədbirdə ölkədə kənd təsərrüfatı sahəsinin sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondunun İdarə heyətinin sədri Fuad Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Xatırladaq ki, AIAG – International Association of Agricultural Production Insurers – kənd təsərrüfatı sığortası sahəsində fəaliyyət göstərən beynəlxalq qurumdur. Aqrar Sığorta Fondu 2022-ci ildən etibarən AIAG-nin üzvüdür və təşkilatın tədbirlərində fəal iştirak edir.

Builki tədbirin əsas mövzusu “İqlim qeyri-sabitliyi və ərzaq təhlükəsizliyi: siyasi məqsədlər və kənd təsərrüfatının reallığı”dır.

Tədbir kənd təsərrüfatında sığorta, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, risk qiymətləndirməsi və s. kimi mövzuları əhatə edir.

Məqsəd kənd təsərrüfatı istehsalçıları, sığortaçılar, texnologiya şirkətlərinin və dövlət qurumlarının bir araya gəlməsi, aktual məsələlərin müzakirəsi və kənd təsərrüfatının davamlılığı ilə bağlı ortaya çıxan problemlərin həlli yollarının tapılmasıdır.

Konqresdə dünyanın 20-dən artıq ölkəsindən 400-ə yaxın aqrar sığortaçı, təkrar sığorta şirkətləri və kənd təsərrüfatı tərəfdaşları iştirak edir.

Konqres çərçivəsində Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti dünyanın bir sıra iri təkrar sığorta şirkətləri, o cümlədən Almaniyanın “Munich Re” və İsveçrənin “Swiss Re” təkrar sığorta şirkətləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanda aqrar sığorta riskləri, onların xarakteri, həmin risklərin təkrar sığortası və sair məsələlər müzakirə edilib.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Əvvəlki Yazı

Baş nazir: “Statistik məlumatların beynəlxalq standartlara uyğun istehsalı diqqət mərkəzindədir”

Növbəti Yazı

Allahşükür Paşazadə: Azərbaycanın timsalında məzhəblərarası anlaşma dünyaya model olaraq təqdim edilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.