İyun 28, 2026-1:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Baş nazir: “Statistik məlumatların beynəlxalq standartlara uyğun istehsalı diqqət mərkəzindədir”

2025:09:24 - 11:16
in SOSİAL
A A

Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır.

“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib.

Onun sözlərinə görə, eyni zamanda, süni intellekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zəruri edir: “Bu hədəflərin reallaşdırılması üçün isə effektiv beynəlxalq əməkdaşlıq və onun imkanlarının düzgün dəyərləndirilməsi vacibdir. Biz rəsmi statistika sahəsində müasir texnologiyalara, süni intellektə və rəqəmsal transformasiyaya əsaslanan islahatlara xüsusi önəm veririk. Ölkəmiz bu istiqamətdə aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edərək qlobal inkişaf gündəliyinə töhfə verməyə səy göstərir”.

Ə. Əsədov qeyd edib ki, BMT-nin Statistika Komissiyasının qərarı ilə bu il oktyabrın 20-də “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında Ümumdünya statistika günü qeyd ediləcək: “Əminəm ki, həmin əlamətdar gün ərəfəsində baş tutan Forum statistika cəmiyyətinin bir araya gələrək gələcəyə yönələn önəmli təşəbbüslər irəli sürəcəyi, qarşılıqlı bilik və təcrübə mübadiləsi aparacağı məhsuldar müzakirələrlə yadda qalacaq”.

Əvvəlki Yazı

Nazirlikdən müəllimlər günü ilə bağlı QADAĞA

Növbəti Yazı

Aqrar Sığorta Fondu iqlim risklərinin kənd təsərrüfatına təsirinin müzakirə olunduğu beynəlxalq tədbirdə iştirak edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.