İyun 28, 2026-23:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Kəmaləddin Heydərov Polşa səfiri ilə görüşüb

2025:09:24 - 15:54
in SİYASƏT
A A

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüşüb.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Kəmaləddin Heydərov səfir Pavel Radomskini salamlayaraq, Azərbaycan ilə Polşa arasında münasibətlərin qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Bu çərçivədə, nazir həmsədri olduğu Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ötən müddət ərzində səmərəli fəaliyyətinə toxunub, qarşıda duran məsələlərdən danışıb.

Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonağa məlumat verən nazir Kəmaləddin Heydərov bu istiqamətdə iki dost ölkənin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasını vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Pavel Radomski iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin daim genişlənməsindən məmnunluq ifadə edib. Bu çərçivədə, səfir P.Radomski fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Nazir: Kəlbəcərdə keçirilən Bal Festivalını gələcəkdə beynəlxalq səviyyədə təşkil etməyi planlaşdırırıq

Növbəti Yazı

Serbiya Milli Assambleyasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.