Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) ən azı 5 əməkdaşı Qəzza zolağında 24 saat ərzində həlak olub. Bu barədə qurumun dərc olunmuş hesabatında deyilir.
UNRWA-nın saat 18:00-a olan anklav, İordan çayının qərb sahili və Şərqi Qüdsdəki vəziyyətlə bağlı hesabatında deyilir: “Son 24 saat ərzində Qəzza zolağının şimal, mərkəzi və cənubunda endirilən zərbələr nəticəsində UNRWA-nın beş əməkdaşı həlak olub”. (Tass)