Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan döyüşlərdən zərər çəkmiş anklav sakinlərinə kömək etmək üçün Qəzza zolağında səhra xəstəxanasının yaradılması barədə göstəriş verib.
WAM-ın verdiyi məlumata görə , beş nəqliyyat təyyarəsi Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına göndəriləcək səhra xəstəxanasının yaradılması və istismarı üçün lazım olan avadanlıqları Əl-Ariş şəhərinə çatdıracaq. (Tass)