KXDR və Koreya Respublikası faktiki olaraq iki dövlətdir, lakin Koreya yarımadasının bölünməsi daimi olmayacaq. Bunu Cənubi Koreyanın birləşmə naziri Çunq Donq-yeon deyib.
“Dong Ilbo” qəzeti nazirdən sitat gətirib: “Cənubi və Şimali Koreya uzun müddətdir ki, iki fərqli dövlətdir”. Chung Dong Yeon hesab edir ki, “iki dövlətin mövcudluğunu tanımaq, dövlətçiliyi tanımaq əbədi bölünməni tanımaq demək deyil”.
“Vətəndaşların ən azı 50-60%-i cavab verdi ki, Şimali Koreya dövlətdir. Reallıq odur ki, bir çox vətəndaş [Şimali] dövlət kimi tanıyır”, – nazir davam edib. “Cənub və Şimal beynəlxalq hüquq və beynəlxalq ictimaiyyət baxımından iki dövləti təşkil edir”, News1 onun sözlərini sitat gətirib . Çunq Donq-yeon KXDR və Koreya Respublikasının eyni vaxtda BMT-yə üzv olmasını misal çəkib. (Tass )
