“The Wall Street Journal” da dərc olunan məqalədə deyilir ki, ABŞ prezidenti Donald Trampa Ukraynanın iddia edilən hücumu barədə məlumat verilib.
Nəşrin aydınlaşdırdığı kimi, Vladimir Zelenski ilə sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutan görüşünə hazırlıq zamanı Tramp Ukrayna münaqişəsi ilə bağlı “uzun müddətdir ki, daha sərt mövqe nümayiş etdirməyə çalışan ABŞ rəsmiləri ilə xeyli vaxt keçirib”. Bunlara ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Maykl Vals və ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq daxildir.
Mənbələrin bildirdiyinə görə, “Tramp Ukraynanın ABŞ-dan kəşfiyyat dəstəyi tələb edəcəyi planlaşdırılan hücumu barədə də məlumatlandırılıb”, WSJ yazır. (Tass)
