Atəşkəs münaqişənin həllinə kömək etmir, çünki Fələstinin HƏMAS radikal hərəkatına qarşı yalnız hərbi təzyiq işləyir. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi yayımlanan ABC televiziyasına müsahibəsində bildirib.
“Girovlarımızı azad etmədən Qəzzada atəşkəs olmayacaq. Qısa taktiki fasilələrə gəlincə, burada bir saatlıq, orada bir saatlıq fasilələrə gəlincə, inanıram ki, biz bundan əvvəl də onlara humanitar yardım və ya ayrı-ayrı şəxslərə icazə vermək üçün fasilələr vermişik. Amma ümumi atəşkəsin olacağını düşünmürəm” deyib.
“Düşünürəm ki, bu, hərbi səylərə mane olacaq. Bu, girovları azad etmək səylərimizə mane olacaq, çünki Həmasdakı bu cinayətkarlarla işləyən yeganə şey tətbiq etdiyimiz hərbi təzyiqdir”, – o əlavə edib. (Tass)