Yəməndə İranın dəstəklədiyi husilər İsraildəki həssas nöqtələrin pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alındığını açıqlayıb.
Husilərin hərbi sözçüsü Yəhya Seri X sosial media hesabından yazılı açıqlama verib.
Seri, Husilərin Yəmən Silahlı Qüvvələrinin İsrailin həssas hədəflərinə qarşı çoxlu İHA atdığını bildirib.
Səri qeyd edib ki, əməliyyat nəticəsində hədəf alınan bazalarda və hava limanlarında hərəkət bir neçə saat dayanıb.
Seri əməliyyatın Fələstin xalqına dəstək məqsədi ilə və Yəmən xalqı və İslam ümmətinin çağırışları istiqamətində həyata keçirildiyini ifadə edərək, İsrailin hücumları dayanana qədər hərbi əməliyyatların davam edəcəyini vurğulayıb.
Husilər daha əvvəl İsrailə İHA buraxdıqlarını açıqlamışdılar .
İsrail ordusu husilərin açıqlamasına hələ ki, cavab verməyib. (Sputnik Türkiyə)