Qazaxıstan Rusiyanın yaxın tərəfdaşıdır və Moskva bütün mümkün sahələrdə Astana ilə əməkdaşlığı davam etdirəcək, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Qazaxıstan bizim çox yaxın tərəfdaşımızdır və biz ticarət-iqtisadi əməkdaşlığımızı davam etdirəcəyik. Və təbii ki, biz Qazaxıstandan olan dostlarımızla mümkün olan hər sahədə əməkdaşlığı davam etdirəcəyik. Biz də bütün rəqabət proseslərində iştirak edəcəyik”, – deyə Peskov Kremlin Qazaxıstanın ABŞ-dan 300 lokomotiv almasına münasibət bildirməsi ilə bağlı sualı cavablandırıb.
Amerikanın “Wabtec” şirkəti Qazaxıstana 4,2 milyard dollar dəyərində 300 lokomotiv tədarük edəcək. (Tass)
