Qırğızıstan Prezidenti Sadır Japarov noyabrın 17-20-də Yaponiyaya səfər edəcək və burada Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqlar aparacaq. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Ümid edirik ki, prezidentin səfəri Yaponiya və Qırğızıstan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək”, – XİN-in bəyanatında vurğulanır.
Yaponiya son vaxtlar Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla əlaqələrin inkişafına böyük diqqət yetirir. 2022-ci il dekabrın əvvəlində Yaponiyanın paytaxtında region ölkələrinin hakimiyyət və biznes nümayəndələrinin iştirakı ilə Mərkəzi Asiya İnvestisiya Forumu (Central Asia Investment Forum 2022) keçirilib. (Tass)