İyun 15, 2025-14:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prokuror Vaqif Xaçatryana niyə 15 il azadlıqdan məhrumetmə cəzası istəyib? – SƏBƏB

2023:11:07 - 11:40
in SİYASƏT
A A
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə prosesi davam edir.

“Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə bu gün məhkəmə istintaqı başa çatıb. Prokuror ittiham nitqi ilə çıxış edərək Vaqif Xaçatryana 15 il azadlıqdan məhrum etmə cəzası verilməsini məhkəməyə təklif edib.

Prokuror həmçinin, çıxışında niyə Meşəli soyqırımını törətməkdə təqsirləndirilənlərdən Vaqif Xaçatryana 15 il cəza tələb etməsinin səbəbini izah edib.

Belə ki, onun ittiham olunduğu soyqırım, sülh və müharibə əlehinə olan cinayətlərə görə cəzanın ən yuxarı həddi ömürlük azadlıqdan məhrumetmə cəzasıdır.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hökm çıxarılanadək 65 yaşı tamam olan şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi qadağandır.

V.Xaçatryanın 65 yaşı keçməsi səbəbindən ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi mümkün deyil.

Bundan başqa, hazırda Azərbaycan qanunvericiliyinə görə, 65 yaşından yuxarı şəxslərə ittiham olunduğu ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır.

Lakin Vaqif Xaçatryan cinayət əməllərini 1991-ci ildə törədib. Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olan qanunvericiliyində sülh və müharibə əlehinə olan cinayətlərə görə cəza müddəti 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə olub.

Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalara da əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçatryan hazırki qanunvericilikdə olan sanksiya həddində yox, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliklə cəzalanması hüquqi baxımdan doğrudur.

Bu səbəbdən prokuror çıxışında Meşəli qatilinə qanunvericiliyə əsasən ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə olan 15 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

Əvvəlki Yazı

Dövlət ittihamçısı Vaqif Xaçatryana 15 il həbs cəzası istəyib – YENİLƏNİB-2

Növbəti Yazı

Azərbaycanda vergi daxilolmaları 4 % artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.