İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaları ləğv edən 2231 saylı qətnamənin uzadılmasına dair Çin-Rusiya qətnamə layihəsinə dair səsvermədən sonra çıxış edərək, MAQATE müfəttişlərinin hazırda İranda yoxlamalar apardığını vurğulayıb.
O, Fransa nümayəndəsinin İran və MAQATE arasında əməkdaşlığın qeyri-kafi səviyyədə olması ilə bağlı bəyanatlarına cavab verərkən, “Əksinə, MAQATE müfəttişləri hazırda İrandadırlar və lazımi yoxlamaları aparırlar” deyib. (Tass)
