İyul 8, 2026-12:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və Türkiyə süni intellekt sahəsində digər ölkələrdən üstün nəticələr qazanmalıdır

2025:09:29 - 15:08
in İQTİSADİYYAT
A A

Azərbaycan və Türkiyə süni intellekt sahəsində digər ölkələrdən üstün nəticələr qazanmalıdır.

“Report” xəbər verir ki, bunu bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən “INMerge” İnnovasiya Sammiti 2025 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni qəbul olunmuş “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın tətbiqi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsində yaxşı nəticələr ortaya qoyulacaq: “Bu mənada Türkiyə ilə əməkdaşlıq edəcəyik. Türkiyə ilə Azərbaycan elə nəticələr göstərməlidirlər ki, “banchmark” məhz bizim ölkələr olsun. Elə nəticələr qazanmalıyıq ki, Harvard, Stanford və digərlərinin deyil, özümüzün nəticələrinə baxmalıyıq”.

F.Cəfərov bildirib ki, bu sahədə kifayət qədər çox uğurlar var: “İnanırıq ki, bundan sonra da Türkiyə ilə əməkdaşlığımız davam edəcək. Biz də dəstək göstərə biləcəyimiz istiqamətlərdə Türkiyəyə yardım göstərməyə hazırıq. İmzalanmış Anlaşma Memorandumu kağız üzərində qalmayacaq. Bunun həyata keçirilməsinə nəzarət edəcəyik. Bu istiqamətdə birgə addımlar atacağıq”.

Onun sözlərinə görə, son illər süni intellekt müxtəlif sahələrdə tətbiq edilir. Azərbaycanda süni intellekt sahəsində sahibkarlara dəstək göstərilməsi bizim üçün əsas istiqamətlərdən biridir. Buraya onlarla süni intellekt sahəsində imkanların yaradılması, müxtəlif güzəştlərin təqdim olunması kimi tədbirlər daxildir. Odur ki, düşündük ki, bu sahədə Türkiyə ilə əməkdaşlıq çox vacib olacaq. Buna görə də Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyası (AİPA) ilə Anlaşma Memorandumu imzaladıq. Məqsəd odur ki, süni intellekt sahəsində çalışan Türkiyə şirkətləri ilə birgə Azərbaycanda həm istehsal, həm logistika, həm də digər sahələrdə fəaliyyət göstərən şirkətlərə dəstək verək, süni intellektin tətbiqinə nail olaq. Bununla şirkətlərin xərcləri azalacaq, effektivliyi artacaq. Bununla bir çox sahələrdə təkrarlanan işləri insanlar deyil, süni intellekt icra edəcək”.

F.Cəfərov qeyd edib ki, Azərbaycan və Türkiyənin birgə süni intellekt proqramı hazırlaması ilə bağlı ideyalar var: “Söhbət Azərbaycan dilinin korpusunun yaradılmasından gedir. Aidiyyatı qurumlar bu istiqamətdə çalışırlar. Süni intellekt böyük verilənlər bazasında işləyir və hər bir dilin özünəməxsus xüsusiyyəti var. Türkiyə ilə də müxtəlif sahələrdə süni intellekt ilə bağlı pilot layihələrin icrası planlaşdırılır”.

Əvvəlki Yazı

Əməkdar artist Cabir İmanov vəfat edib

Növbəti Yazı

Əli Əsədov Minskə gedib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.