İyul 8, 2026-21:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

AİB: Azərbaycanla əməkdaşlığımız uzunmüddətli davam edəcək

2025:09:29 - 15:50
in İQTİSADİYYAT
A A
Sentyabrın 29-da maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankın vitse-prezidenti Bharqav Dasquptanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məluma görə, nazir Sahil Babayev AİB ilə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirərək kreditlər, qrantlar və texniki yardım vasitəsilə həyata keçirilən birgə təşəbbüslərin ölkəmizin inkişaf gündəliyinə əhəmiyyətli töhfə verdiyini bildirib. Nazir, həmçinin bankın 2025–2029-cu illər Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının reallaşdırılmasında sıx əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

Cari iqtisadi vəziyyət barədə məlumat verən nazir qeyri-neft sektorunun inkişafı sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Bakı və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, Bakı Metropoliteninin infrastruktur ehtiyaclarının maliyyələşdirilməsi, dəmir yolu xətlərinin modernləşdirilməsi istiqamətində prioritetlər qeyd olunub.

B.Dasqupta Azərbaycan ilə AİB arasındakı əməkdaşlığın bütün sahələrdə, o cümlədən özəl sektorun dəstəklənməsi istiqamətində daha da möhkəmlənəcəyinə və qarşıdakı dövrdə də uzunmüddətli tərəfdaşlıq prinsipləri əsasında davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycan ilə AİB arasında mövcud əməkdaşlıq, özəl sektorun inkişafı, bankın bu sahəyə mümkün dəstəyi, gələcək tərəfdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Əvvəlki Yazı

Muxtar Babayev: Azərbaycanda yeni iqlim həftələri keçiriləcək

Növbəti Yazı

Aprel döyüşlərində mülki zərərlər barədə sənədlər məhkəmədə elan olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.