Qaqauzların keçmiş lideri İrina Vlahın rəhbərlik etdiyi “Moldovanın ürəyi” və Viktoriya Furtunanın rəhbərlik etdiyi “Böyük Moldova” müxalifət partiyaları Moldovada parlament seçkiləri öncəsi fəaliyyəti dayandırılıb və onların müdafiəsi üçün hərəkətə keçmək imkanından məhrum edilib. Bunu ATƏT-in Qısamüddətli Müşahidəçilərin Xüsusi Koordinatoru və rəhbəri Paula Kardoso müşahidəçilər missiyasının hesabatını təqdim edərkən deyib.
“Siyasi mənsubiyyətə əsaslanan mübahisəli məsələlərlə bağlı bəzi qərarlar onların qərəzsizliyini şübhə altına aldı. Və seçkidən sonra iki gün ərzində iki partiyanın seçki prosesindən kənarda qalması onları müdafiə üçün hər hansı hüquqi addım atmaq imkanından məhrum etdi”, – Kardoso bildirib.
