Əməkdar artist Cabir İmanovla vida mərasimi davam edir.
Teleqraf xəbər verir ki, mərasimdə izdiham yaşanır. Mərhumla vidalaşmağa gələn insanların bir hissəsi mərasim keçirilən salona daxil ola bilmir.
Cabir İmanovla vida mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və bir çox rəsmi şəxslər iştirak edirlər.
