Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, ABŞ prezidenti Donald Tramp Qətər rəsmilərinə İsrailin baş nazirinin Qəzza zolağında münaqişənin həlli planını qəbul etdiyini bildirib.
“ABŞ prezidenti bizə məlumat verdi ki, İsrailin baş naziri Qəzza zolağında müharibəyə son qoymaq planını qəbul edib. Biz də ABŞ prezidentinin planını alqışlayırıq, çünki bizim əsas məqsədimiz müharibəyə son qoymaqdır”, – diplomat Dohada keçirdiyi mətbuat konfransında bildirib. (Tass )
