“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlarla birlikdə artıq 30-dan çox praktik istifadə nümunəsini – bitki sortlarının xəritələndirilməsindən və torpağın monitorinqindən tutmuş məhsul proqnozlaşdırılması və suya qənaətli suvarmaya qədər əhatə edən ikiillik rəqəmsal və süni intellekt yol xəritəsini hazırlanır: “Pilot layihələr icra olunur və ölkə üzrə tətbiqi yaxınlaşır. Bu məlumatlara əsaslanan alətlər fermerlərimizə daha ağıllı qərarlar qəbul etməyə, dayanıqlılığı gücləndirməyə və qarşıdakı illərdə əhəmiyyətli iqtisadi dəyər açmağa kömək edəcək”.
