İyul 8, 2026-17:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edilib

2025:10:01 - 16:50
in İQTİSADİYYAT
A A
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər”, habelə AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar – Yüksək saflıqlı gümüşün təyini – ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu” yeni dövlət standartları qəbul edilib.

 

Bu barədə “APA-Economics”ə AZSTAND-dan bildirilib.

Məlumata görə, bu dövlət standartlarının qəbul edilməsində məqsəd zərgərlik sahəsində vahid anlayışların formalaşdırılması və məhsul keyfiyyətinin dəqiq qiymətləndirilməsidir.

Qeyd edək ki, AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər” dövlət standartı qiymətli daşların elmi, texniki və kommersiya sahələrində düzgün təsnifatını və kommunikasiya prosesini asanlaşdırmaq üçün vahid anlayış bazasının yaradılmasını nəzərdə tutur.

AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar – Yüksək saflıqlı gümüşün təyini – ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu” dövlət standartı isə zərgərlik məmulatlarında yüksək saflıqlı gümüşün tərkibinin dəqiq və etibarlı şəkildə təyin olunması üçün istifadə edilən fərqlər üsulunu təsvir edir.

Sözügedən dövlət standartları qanunvericiliyə uyğun olaraq “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) qəbul edilib, AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Əvvəlki Yazı

Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində anklavda 50-dən çox fələstinlinin öldüyünü açıqlayıb

Növbəti Yazı

Azad edilmiş ərazilərdə ötən ay daha 640 mina, 5286 PHS aşkarlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.