AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, YAP fəalları, hərbiçilər, şəhid ailələrinin üzvləri, qazi və veteranların iştirakı ilə keçirilən konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad olunub.
Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən, dahi rəhbərin düşünülmüş, uğurlu siyasəti nəticəsində əldə olunan uğurlardan, Ulu Öndərin siyasətini davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatından, qazanılan Şanlı Qələbədən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından danışıblar.
Sonda “Zəfərlərin mubarək Ali Baş Komandanım” şeri təqdim olunub.