“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.
Xatırladaq ki, ötən il Azərbaycanda 126 milyard 337 milyon manatlıq ÜDM istehsal olunub. Bunun 67,85 %-i və yaxud 85 milyard 712,4 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb,
M.Cabbarovun fikrincə, Azərbaycanda istehsal olunan məhsul və xidmətlərın rəqabət qabiliyyəti getdikcə artacaq.
“İqtisadiyyatın əsas hərəkətverici qüvvəsi qeyri-neft-qaz sektorudur. 2021–2024-cü illərdə bu sahə orta hesabla 6,7 % artım nümayiş etdirib. Bu, yaxşı göstəricidir, lakin biz həmişə daha yüksək templərin axtarışındayıq”, – deyə nazir əlavə edib.
