Qərbin cəlbedici gücü azalır və dünya artıq onun dəyərlərinə arxalanmır. Bu fikri Almaniya kansleri Fridrix Merz Almaniyanın Saarbrükendə birləşməsinin 35-ci ildönümü ilə bağlı Welt televiziyası tərəfindən yayımlanan mərasimdə deyib.
Merz 2025-ci ilin payızını Almaniya üçün “həlledici an” adlandırıb. “Ölkəmiz özünün ən yaxın tarixində mühüm, bəlkə də həlledici mərhələnin ortasındadır. İstənilən halda, Qərb dediyimiz şeyin cəlbediciliyi açıq şəkildə zəifləyir”, – kansler deyib. “Dünyanın bizə baxdığı, azad demokratiya dəyərlərimizi təqlid etdiyi artıq öz-özünə aydın deyil” deyib.
“Bizə qarşı yeni avtokratiya ittifaqları formalaşır, liberal demokratiyalara bir həyat forması kimi hücum edir. Bizim azad həyat tərzimiz təkcə xaricdən deyil, həm də daxildən də hücuma məruz qalır”, – Merz iddia edib. “Biz özümüzü müdafiə etməyi öyrənməliyik. Avtokratik dövlətlər oxu Qərb demokratiyalarına meydan oxuyur”, – kansler əlavə edib.
Baş nazir əmindir ki, Almaniya “azad, demokratik ölkə” olaraq qalmaq istəyir. “Biz gələcəkdə öz müqəddəratını təyin etməyə davam edən ölkə olmaq istəyirik. “Nəhayət, öz ölkəmizdə yeni ambisiyalara ehtiyacımız var” deyən Merz, vahid Almaniyanın “Avropayönlü düşündüyünü və hərəkət etdiyini” vurğulayıb.Kansler hesab edir ki, “Avropa yaxşı gedirsə, deməli, Almaniya da yaxşı işləyir. Amma Avropa pis işləyirsə, deməli, Almaniya son dərəcə pis işləyir”. (Tass)
