Madaqaskarda keçirilən gənclərin kütləvi etirazları dövlət çevrilişi etmək istəyən qüvvələr tərəfindən təşkil edilir, prezident Andry Rajoelina deyib.
“Gənclərin sentyabrın 25-də başlatdığı kütləvi etiraz aksiyalarının məqsədi dövlət çevrilişinə təhrik etməkdir ”, – Rajoelina xalqa müraciətində bildirib. “Gənclərin etiraz etdiyi elektrik enerjisinin kəsilməsi hələ şəxsiyyətləri müəyyən edilməmiş xəbislər tərəfindən təşkil olunub”. Rajoelinanın mesajı onun rəsmi Facebook hesabında yerləşdirilib.
Dövlət başçısının sözlərinə görə, onu demokratik yolla seçilmiş prezident kürsüsündən uzaqlaşdırmağa çalışanların əməlləri “müəyyən ölkələr və təşkilatlar tərəfindən ödənilir”. “Onlar məni seçki yolu ilə yox, bəzi Afrika ölkələrində olduğu kimi zorla devirmək niyyətindədirlər.
Madaqaskar prezidenti rəqiblərinin təzyiqinə boyun əyməyəcəyini və vəzifəsində qalacağını təsdiqləyib. Rajoelina qeyd edib ki, konstitusiya quruluşunu qorumaq üçün hüquq-mühafizə orqanlarına tapşırıqlar verilib.
