Milli Məclisin deputatları Azər Kərimli, Tural Gəncəliyev, Vüqar Bayramov və Soltan Məmmədov Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün noyabrın 12-də Belçika Krallığının Brüssel şəhərinə səfər edəcəklər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, deputatlarımız qurumun Bürosunun, Siyasi, İnsan haqları və demokratiya, Enerji təhlükəsizliyi komitələrinin birgə iclaslarında iştirak edəcək, qaldırılacaq məsələlərə münasibət bildirəcəklər.