Fələstinin HƏMAS hərəkatı bütün girovları azad etməyə hazır olduğunu bəyan etsə də, əslində bu məsələdə onun sıralarında fikir ayrılığı var. “The Wall Street Journal” (WSJ) adı açıqlanmayan ərəb rəsmilərinə istinadən yazır ki, radikallar tərksilah məsələsində də razılığa gələ bilmirlər.
Onların sözlərinə görə, HƏMAS-ın bəzi üzvləri əmindirlər ki, ABŞ prezidenti Donald Trampın Qəzza zolağında döyüşlərə son qoymaq planı tam hüquqlu sülh nizamlanması deyil, yalnız “72 saatlıq atəşkəs” gətirəcək. Qəzet qeyd edir ki, bu mövqenin səbəbləri hərəkatın İsrailə inamsızlığından irəli gəlir. (Tass)
