İyun 25, 2026-7:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Vətən müharibəsi qazisi: Qələbəmizin möhtəşəmliyi bütün yaralarımızı unutdurur

2025:10:06 - 10:12
in SOSİAL
A A

Vətən müharibəsi ordumuzun qüdrətinin, əsgər-zabitlərimizin rəşadətinin, peşəkarlığının ən ali ifadəsinə çevrildi. 44 günlük Zəfər yürüşündə yüzlərlə oğul gecə-gündüz demədən torpaqlarımızın azadlığı uğrunda vuruşdular, qazi, şəhid, qalib oldular. İkinci Qarabağ müharibəsində düşmənə qan udduran hərbçilərimizdən biri də Həmzə Əliyevdir.

AZƏRTAC-ın bölgə müxbiri qəhrəman eloğlumuzla görüşüb, Vətən müharibəsində keçdiyi döyüş yolu ilə bağlı təəssüratlarını öyrənib.

Həmzə Əliyev deyib ki, 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində xüsusi təyinatlı kimi iştirak edib: “Döyüşə Cəbrayıl rayonu istiqamətindən başladıq. İlk şəhidimizi həmin yerdə verdik, kapitan Nihad Babayevi orada itirdik. Mən isə ilk dəfə düşmənin atdığı artilleriya mərmisindən yaralandım. Son döyüşüm isə Xocavənd rayonu ərazisində olub”.

Həmzə qeyd edir ki, ilk ciddi xəsarətini Füzuli rayonunun Qarğabazar ərazisində alıb. Xocavənddəki ağır döyüşlərdən sonra aldığı ciddi yaralar və bu səbəbdən sonradan yaranan xəstəliklər, o cümlədən “xərçəng” həyatını çətinləşdirsə də, Vətən uğrunda çəkilən bu əzab Həmzə üçün qürur mənbəyidir.

“Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə qalib ölkənin vətəndaşı olmaq, Azərbaycanın dünya dövlətləri arasında yüksək nüfuza sahib olduğunu görmək bizə böyük qürur verir. Zəfər yolunda əlimizdən gələni əsirgəmədiyimiz üçün çox sevinirik. Qələbəmizin möhtəşəmliyi bütün çətinlikləri, yaralarımızı unutdurur. Biz bu Zəfərlə şəhidlərimizə olan borcumuzu da ödədik, onların qanını yerdə qoymadıq”, – deyə Həmzə Əliyev fəxrlə əlavə edir.

Bəli, Vətən müharibəsində Həmzə Əliyev kimi oğullarımız hər bir gəncimiz üçün oxunması vacib, zəruri sayılan vətənpərvərlik dərsidir. Otuz illik həsrət yükünü çiyinlərimizdən götürən, bizə qalib xalq adını qazandıran igidlərimizin döyüş yolu daim öyrənilməli, qəhrəmanlıqları dastana, hekayələrə, məqalələrə çevrilməlidir.

Əvvəlki Yazı

FHN: Ötən həftə 201 yanğına çıxış olub, 14 nəfər təxliyə edilib

Növbəti Yazı

Məcnun Məmmədov Tərtərdə vətəndaşları qəbul edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.