İyun 24, 2026-23:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Prezidenti Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşüb

2025:10:07 - 13:20
in SİYASƏT
A A
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

“Report” xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistan Xalq Məsləhətinin Sədri ilə görüşləri, həmçinin onun bu ilin iyulunda ölkəyə səfəri məmnunluqla xatırlanıb.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub, bu sammitin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi və xalqlararası əlaqələrin daha da inkişaf etdirilməsində rolu vurğulanıb.

Görüşdə qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkmənistan dövlətlərarası əlaqələrinin hazırkı səviyyəsi yüksək qiymətləndirildi, xalqlarımızı dərin qardaşlıq ənənələrinin birləşdirdiyi qeyd olunub.

Siyasi, iqtisadi, nəqliyyat, energetika, parlamentlərarası, humanitar, mədəni, təhsil və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığına toxunulub.

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin Sədri əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Əvvəlki Yazı

TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında bir sıra sənədlər təsdiqlənib

Növbəti Yazı

“Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın türk modeli” kitabı təqdim olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.