Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub, beynəlxalq gündəm və Belarus-Rusiya münasibətləri müzakirə olunub. Bu barədə Belarus prezidentinin mətbuat xidməti ilə bağlı olan “Pool Pervyi” Telegram kanalı məlumat yayıb.
“Belarus və Rusiya prezidentləri telefonla danışıblar. Birinci rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib. Onlar həmçinin Belarus-Rusiya münasibətlərinin inkişafı, beynəlxalq gündəm, regiondakı vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə ediblər”, – məlumatda deyilir. (Tass)
