Fransanın Thales sənaye qrupu Ukraynanı 70 mm-lik dron əleyhinə raketlə təmin edir, Business Insider xəbər verir.
Onun sözlərinə görə, bu, şirkətin 2024-cü ildə Parisdə keçirilən Eurosatory sərgisində nümayiş etdirdiyi FZ123 döyüş başlığına malik raketdən gedir. Bu silahların da istehsal olunduğu Belçikadakı Thales şirkətinin nümayəndəsi Kiyev hakimiyyətinə raket tədarükünü təsdiqləyib. FZ123 helikopterdən buraxılmaq üçün nəzərdə tutulub. Partlayış zamanı döyüş başlığı təxminən 12 metr radiusda minlərlə kiçik metal topu səpələyərək, bir dron və ya dron dəstəsini zədələyir. (Tass)
