ABŞ prezidenti Donald Tramp yaxın həftələrdə Koreya Respublikasında Çinin sədri Si Cinpinlə görüşməyi gözləyir. Amerika lideri Kanadanın baş naziri Mark Karni ilə görüşünün əvvəlində Oval kabinetdə jurnalistlərin suallarını cavablandırarkən bunu təsdiqləyib.
“Mən onunla bir neçə həftədən sonra, bildiyiniz kimi, Cənubi Koreyada görüşəcəyəm”, – Tramp Si Cinpinlə şəxsi görüşün perspektivlərini şərh edərkən deyib. Noyabrda Koreya Respublikasında keçiriləcək APEC sammiti çərçivəsində yüksək səviyyəli ABŞ-Çin danışıqlarının baş tutacağı gözlənilir.
