İsrail hərbçiləri Livandan 20 mərmi atıldığını qeydə alıb və cavab artilleriya atəşi açıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrailin şimalında sirenlər səsləndikdən sonra Livandan İsrail ərazisinə 20 atış aşkar edilib. İsrail Müdafiə Qüvvələri buraxılış mənbələrinə artilleriya zərbələri endirir”, – məlumatda deyilir.
(Tass)