Kanadanın baş naziri Mark Karni və ABŞ prezidenti Donald Tramp öz köməkçilərinə iki ölkə arasında bütün lazımi ticarət müqavilələrini tez bir zamanda bağlamağı tapşırıblar. Bu barədə oktyabrın 7-də liderlərin Vaşinqtonda danışıqlarında iştirak edən Kanada nümayəndə heyətinin adı açıqlanmayan üzvünə istinadən “National Post” nəşri məlumat yayıb .
Onun sözlərinə görə, Tramp və Karni danışıqlar aparan qruplarına “[lazımi ticarət] müqavilələrini tez bir zamanda bağlamağı” tapşırıblar. Konkret olaraq Kanadanın İdarələrarası Əlaqələr Naziri və ABŞ-la ticarətə cavabdeh olan şəxs Dominik LeBlan Karninin gedişindən sonra bir neçə gün Vaşinqtonda qalacaq.
Danışıqlardan sonra Tramp Vaşinqton və Ottava arasında kəskin ticarət mübahisələrini həll etməyin, bu məsələdə yeni razılaşma əldə etməyin mümkün olub-olmaması, Amerikanın idxala tətbiq etdiyi gömrük rüsumlarının dərəcələrini azaltmağın mümkün olub-olmaması ilə bağlı təkrar suallara dəqiq cavab vermədi, lakin o, Karninin işini yüksək qiymətləndirdi və onu “çox yaxşı lider” adlandırıb. (Tass)
