İyun 24, 2026-19:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Kərim Tahirov: Kitab sərgisi mütaliəetmə sevgisi oyadır

2025:10:08 - 10:49
in MƏDƏNİYYƏT
A A

Bu gün kitabsevərləri, nəşrləri və müəllifləri bir daha bir araya gətirən XI Bakı Beynəlxalq Kitab Sərgisinə yekun vurulub. Milli Kitabxana əvvəlki bütün yarmarkalarda öz ekspozisiyası ilə iştirak edib və insanların kitablara necə münasibət bəslədiyi məni hər dəfə getdikcə daha çox sevindirir və ruhlandırır.

Bu barədə XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AZƏRTAC -ın müxbiri ilə söhbətdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov deyib.

Onun sözlərinə görə, sərginin səhər saatları xüsusilə səciyyəvidir: “Səhər gəlib pavilyonların artıq ziyarətçilərlə dolu olduğunu görəndə, bu, kitablara marağın hələ də mövcud olduğunu göstərir. Eyni zamanda, nəşriyyatlar tərəfindən də maraq artır – onlar burada təkcə öz kitablarını təqdim etmir, həm də onları fəal şəkildə təşviq edirlər”.

Kərim Tahirov, həmçinin qeyd edib ki, bu il beynəlxalq bölmə ayrıca təşkil olunub və bu, xarici nəşriyyatların və mədəniyyət müəssisələrinin iştirakını daha əyani şəkildə təqdim etməyə imkan verib.

“Beynəlxalq iştirakçıların sayının artması əlamətdar hadisədir. Bu, Azərbaycanın beynəlxalq kitab təşəbbüsləri üçün mərkəzə çevrildiyini nümayiş etdirir”, – deyə direktor vurğulayıb.

Kitaba marağın azaldığı ilə bağlı geniş yayılmış fikrə gəlincə, Milli Kitabxananın direktoru fərqli münasibət bildirib: “İnsanların az mütaliə etdiyini iddia edənlərə kitabxanamıza gəlməyi tövsiyə edərdim. Əgər bu gün 250 yerlik böyük oxu zalında və 700 nəfər üçün nəzərdə tutulmuş digər məkanlarda oturacaqlar çatmırsa, oxucular hətta dəhlizlərdə və pilləkənlərdə oturublarsa – bu, mütaliəyə marağın mövcud olduğunun ən inandırıcı sübutudur”.

K.Tahirov vurğulayıb ki, bu cür sərgilər insanı ruhlandırır və mütaliə mədəniyyətini formalaşdırır: “İnsanlar gəlir, kitab seçir, alır, həvəslə oxuyurlar. Məhz belə tədbirlər kitaba marağın canlanmasına, kitab nəşrinin inkişafına, mütaliə mədəniyyətinin inkişafına təkan verir”.

O, həmçinin qeyd edib ki, kitab sərgiləri Azərbaycanda nəşriyyat işi və kitabxanaçılığın inkişafında çox böyük rol oynayır.

Əvvəlki Yazı

Naxçıvanda qarğıdalı yığımına başlanılıb

Növbəti Yazı

Tərbiyəçi vəzifəsi üzrə müsahibəyə start verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.