Qəzza zolağından rusların təxliyəsi tam hazırdır, lakin İsrail tərəfdən hələlik razılıq yoxdur. Bu barədə TASS-a diplomatik mənbə məlumat verib.
“Rusların, həmvətənlərin və MDB vətəndaşlarının Qəzzadan təxliyyəsinin başlanması üçün hər şey hazırdır. Təəssüf ki, Rəfah keçid məntəqəsindən gedənlərin siyahılarını koordinasiya edən İsrail tərəfdən razılıq yoxdur. Rusiya səfirliyi dəfələrlə məsələ qaldırıb. Agentliyin həmsöhbəti bildirib ki, bu məsələ müsbət həll olunacağına dair zəmanət alıb: “Moskva ümid edir ki, İsrail bu evakuasiya probleminin qarşısını tez bir zamanda açacaq”.
Daha əvvəl Rusiyanın Fələstin Milli Administrasiyasındakı missiyasının mətbuat katibi Aliyə Zaripova bildirmişdi ki, Qəzza zolağından təxliyə olunmaq üçün Rusiya siyahısında 900-dən çox adam var, onlardan 500-dən çoxu ruslardır. (Tass)