Fransa prezidenti Emmanuel Makron üçün optimal ssenari ölkənin yeni büdcəsi qəbul edildikdən sonra istefa vermək olardı. Bu fikri 2017-2020-ci illərdə Makronun ilk baş naziri olmuş Eduard Filip deyib.
Siyasətçi “Le Figaro” qəzetinə müsahibəsində bildirib ki, Makron bu variantı seçməklə dövlətin və demokratiyanın maraqlarından çıxış edəcək, eyni zamanda ölkənin nüfuzunu aşağı sala biləcək siyasi böhranın daha il yarım – prezident seçkilərinə qədər davam etməsinin qarşısını alacaq.
“O [Makron] yeni büdcənin qəbulundan dərhal sonra ona uyğun olan vaxtda istefa verəcəyini elan edərsə, nizam-intizamın qorunub saxlanmasına imkan verəcək layiqli variantı seçə bilər”, – deyə Filip bildirib.
Filippin fikrincə, başqa bir variant Makronun istefası ilə bağlı referendum keçirmək ola bilər. Lakin bu halda, səsvermə onun vəzifədən çıxarılmasının lehinə verilərsə, hazırkı Fransa prezidenti vəzifəsindən getməyə məcbur olacaq. Keçmiş baş nazir vurğulayıb ki, o, Makronu dərhal hakimiyyətdən uzaqlaşdırmağı axmaqlıq hesab edir, çünki bu, yeni büdcənin qəbulunu daha da gecikdirəcək. (Tass)
