İyun 24, 2026-16:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bərdənin Güloğlular kəndində 712 fərdi yaşayış evi içməli su ilə təmin olunub

2025:10:09 - 12:09
in SOSİAL
A A

Bərdə rayonunun Güloğlular kəndində su təchizatının yaradılması münasibətilə mərasim təşkil olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, Güloğlular kənd sakinləri bu gün keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, kənddə su təchizatının yaradılması layihəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən həyata keçirilib. Bunun üçün əhalinin keyfiyyətli içməli suya əlçatanlığının təmin edilməsi məqsədi ilə mövcud subartezian quyusu bərpa edilib. Bərpa edilən subartezian quyusunun suyunun cod olması səbəbindən suyun keyfiyyətinin yaxşılaşdırılması nəzərə alınaraq gün ərzində məhsuldarlığı 50 kub metr olan membran texnologiya əsaslı tərs-osmos tipli modul sutəmizləyici qurğular kompleksi quraşdırılıb. Modul tipli sutəmizləyici qurğudan emal edilən keyfiyyətli suyun əhalinin istifadəsinə çatdırılması üçün 1.5 km uzunluğunda su xətti çəkilib. Əhaliyə verilən içməli suyun təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə suyun zərərsizləşdirilməsi də qurğuda nəzərdə tutulub.

Kənd sakinləri göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Güloğlular kəndində 712 fərdi yaşayış evi olmaqla 3178 nəfər içməli su ilə təmin olunub.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Tacikistana səfərə gəlib

Növbəti Yazı

Naxçıvanda 300-ə yaxın kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.