Böyük Britaniyanın keçmiş baş naziri (2022-2024) Rişi Sunak Microsoft-un baş məsləhətçisi olub. Bu barədə Böyük Britaniyanın müstəqil hökumət orqanı olan Biznes Təyinatları üzrə Məsləhət Komitəsi (BAAC) bildirib.
45 yaşlı Sunak ştatdankənar məsləhətçi kimi çalışacaq və maaşını uşaqların riyazi bacarıqlarının inkişafına kömək edən xeyriyyə təşkilatı The Richmond Project-ə bağışlayacaq. O, həmçinin Claude chatbotunu inkişaf etdirən Amerikanın Anthropic texnoloji şirkətinin məsləhətçisi olub.
İyul ayında Sunak 2000-2004-cü illərdə işlədiyi Amerikanın Goldman Sachs investisiya bankında baş məsləhətçi vəzifəsini qəbul etdi. Yanvar ayında keçmiş baş nazir Kaliforniyanın Stenford Universitetində fəaliyyət göstərən Huver İnstitutunda qonaq mühazirəçi, Oksford Universitetinin Leonard Blavatnik adına Hökumət Məktəbinin üzvü oldu. (Tass)
