Perunun baş prokuroru Tomas Qalvez Konqres (birpalatalı parlament) tərəfindən vəzifəsindən uzaqlaşdırılan prezident Dina Boluartenin ölkədən çıxışını qadağan etmək niyyətindədir.
“Bu gündən onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət qaldırmalıyıq. Sübh açılan kimi onu həm rayon prokurorluğuna, həm də Baş Prokurorluğa təqdim edəcəyik, çünki orada araşdırmalar davam edir”, o, yerli RPP radiostansiyasına deyib. Perunun Baş Prokurorluğu daha əvvəl Boluarteyə qarşı bir neçə cinayət işi açmışdı. Agentlik dövlət başçısını qanunsuz varlanmada, etirazçıların ölümündə iştirakda, vəzifə borcunu yerinə yetirməməkdə və gizlətməkdə şübhəli bilir.
Oktyabrın 9-da Peru Konqresi təhlükəsizlik böhranı səbəbindən Boluartenin impiçmentinə yekdilliklə səs verib. Boluarte Konqresin iclasına gəlməyib. Parlamentin seçdiyi prezidenti Xose Yerini and içib. (Tass)
