Aprel 26, 2026-16:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Siyasi şərhçi: Azərbaycan və Rusiya prezidentlərinin görüşü ikitərəfli münasibətlərin yeni mərhələsinə keçidin göstəricisidir

2025:10:10 - 13:29
in SİYASƏT
A A

Azərbaycan Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında Düşənbədə keçirilən görüş iki ölkə münasibətlərində son dövrlərdə müşahidə olunan gərginliyin arxada qaldığını və əlaqələrin qarşılıqlı hörmət, bərabərlik, etimad prinsipləri əsasında inkişaf etdirilməsi niyyətinin mövcud olduğunu göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar söyləyib.

O qeyd edib ki, görüş zamanı Rusiya Prezidentinin əvvəlki danışıqlarda Azərbaycanın təyyarə insidentinə dair haqlı narazılığını qəbul etməsi, üzr istəməsi və məsuliyyətin Rusiya tərəfinin üzərində olduğunu açıq şəkildə etiraf etməsi faktiki olaraq Azərbaycanın əsas tələblərinin yerinə yetirilməsi deməkdir.

“Bu, diplomatik baxımdan Azərbaycanın prinsipial və ardıcıl mövqeyinin qələbəsidir. Azərbaycan konstruktiv diplomatiya vasitəsilə istədiyi nəticəni əldə etdi”, – deyə Ülviyyə Zülfiqar vurğulayıb.

Siyasi şərhçinin fikrincə, görüş həm də onu göstərdi ki, Bakı-Moskva xəttində rasional əməkdaşlıq istiqaməti qorunur və Azərbaycan dövlət maraqlarına əsaslanan, balanslaşdırılmış siyasət yürütməkdə davam edir.

“Bu yanaşma regionda sabitliyin möhkəmlənməsi, yeni kommunikasiya xətlərinin və iqtisadi layihələrin reallaşması üçün əlverişli mühit formalaşdırır,” – deyə ekspert əlavə edib. Ülviyyə Zülfiqar bildirib ki, Rusiya Prezidentinin açıqlamaları və görüşün ab-havası bütövlükdə son zamanlar yaranmış gərgin atmosferin aradan qalxmağa başladığını göstərir.

“İkitərəfli münasibətlərdə qarşılıqlı etimadın bərpası regiondakı bütün proseslərə, o cümlədən Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına müsbət təsir göstərə bilər”, – deyə o qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, görüş zamanı aparılan müzakirələr və səslənən fikirlər Azərbaycan diplomatiyasının ardıcıl və səmərəli siyasətinin nəticəsidir.

“Bu mərhələ sabit regional inkişaf istiqamətində yazılmağa başlayan yeni səhifə kimi qiymətləndirilə bilər”, – deyə Ülviyyə Zülfiqar fikrini yekunlaşdırıb.

Əvvəlki Yazı

Düşənbədə İlham Əliyev-Putin dialoqu Azərbaycan-Rusiya münasibətlərində yeni dövr açır

Növbəti Yazı

Tokayev: MDB-nin prioriteti iqtisadi əlaqələrin aktivləşdirilməsi və genişləndirilməsi olmalıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.