Birləşmiş Ştatlar NATO-nun gələn həftə başlayacaq Steadfast Noon nüvə qarşısının alınması təlimində iştirak edəcək. Bu barədə NATO-nun nüvə əməliyyatlarına cavabdeh polkovniki Daniel Banç Bloomberg -ə açıqlamasında bildirib.
“Hazırda ABŞ öz öhdəliklərinə sadiq qalır, siyasi kursunu dəyişməyib və təlimlərdə iştirak edəcək.
Polkovnik vurğulayıb ki, ABŞ “hələ ki, hazırkı qüvvə konfiqurasiyasında hər hansı dəyişiklik siqnalı verməyib”. Agentliyin nəşri təlimlərdə Amerikanın F-35 qırıcılarının iştirak edəcəyini bildirib. (Tass)
