İyun 25, 2026-1:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Allahşükür Paşazadə: Erməni kilsəsi və diasporu sülhü pozmaq üçün var gücü ilə təbliğat aparır

2025:10:13 - 14:52
in SİYASƏT
A A
Azərbaycan və Ermənistanın siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırkı vəziyyətdə erməni kilsəsi və diasporu bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə BMT Baş katibi Antonio Quterreşlə görüşündə deyib.

Onun sözlərinə görə, din xadimləri hər zaman sülhə çağırırlar:

“Amma iki ölkənin siyasi rəhbərlikləri sülhə doğru addımlar atarkən erməni kilsəsinin revanşizmə və yeni qarşıdurmaya çağırışlar etdiyini görürük”.

A.Quterreş isə bunun qəbuledilməz olduğunu söyləyib.

QMİ sədri BMT Baş katibinə Azərbaycanın azad olunmuş ərazilərində mənşəyindən asılı olmayaraq bütün dini və mədəni obyektlərin genişmiqyaslı bərpa prosesi, ölkədəki dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti, dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə məlumatlandırıb.

A.Paşazadə Azərbaycanda məzhəblər arasında anlaşmanın uğurlu modelinin islam dünyasında nümunə olaraq qəbul edildiyini vurğulayaraq BMT Baş katibini gələn il ölkədə keçirilməsi planlaşdırılan Müsəlman Ağsaqqalları Şurası, BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə islamdaxili dialoq və islamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq tədbirə dəvət edib.

A.Quterreş, öz növbəsində, QMİ sədrini BMT Sivilizasiyalar Alyansının bu ilin dekabrında Səudiyyə Ərəbistanında keçirəcəyi növbəti Qlobal Forumda iştiraka dəvət edib.

Əvvəlki Yazı

Sahibə Qafarova: Zəngəzur dəhlizi regionda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək

Növbəti Yazı

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.