Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şarm əl-Şeyx Sülh Sammiti çərçivəsində İtaliyanın baş naziri Giorgia Meloni ilə söhbəti zamanı zarafatla deyib ki, siqareti tərgitsin. Söhbətin görüntülərini İHA xəbər agentliyi yayıb .
“Əla görünürsən, amma siqareti atmalısan”, – Türkiyə lideri deyib.
İtaliyanın baş naziri bu vərdişdən əl çəkməyin lazım olduğunu bildiyinə təbəssümlə cavab verib. (Tass)
