İyun 19, 2025-11:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Zəfər Günü Səbaildə də qeyd olunub

2023:11:08 - 14:08
in SİYASƏT
A A

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində milli qürurumuzun təntənəsi olan 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai, şəhid ailələri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev torpaqlarımızın azad olunmasına, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsinə, müstəqil Azərbaycanın xoşbəxt gününün gəlib çatacağına inanırdı. Əminliklə demək olar ki, bu gün biz məhz həmin günü yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin yolunu uğurla davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çevirib.

Prezidentimizin qətiyyətli siyasəti nəticəsində ölkəmiz ildən-ilə güclənmiş, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirib, qüdrətli ordu yaradılmışdır. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxarmış, üçrəngli bayrağımız yenidən vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada və işğaldan azad olunmuş digər şəhər, rayonlarımızda qürurla dalğalanmağa başlayıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai qeyd etmişdir ki, müharibənin yeni bitməsinə baxmayaraq bu gün Azərbaycan öz inkişaf tempini qoruyub saxlamaqla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirir və bu ərazilər cənnətə çevrilməkdədir. Bütün işğaldan azad olunmuş şəhər və rayonlarımız özünün çiçəklənən dövrünü yaşamaqdadır və həyata keçirilən uğurlu infrastruktur layihələrinin məntiqi nəticəsi kimi sakinlər çox qısa müddət ərzində öz doğma evlərinə qayıdırlar.

Tədbir zamanı çıxış edən Vətən müharibəsi şəhidi Murad Qurbanovun anası Mehriban Əmrahova qeyd etmişdir ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət qurumları qarşısında bu insanların problemlərinin həlli bir nömrəli vəzifə kimi müəyyən edilib.

Səbail Rayon İctimai Şuranın sədr müavini qazi Polad Rzayev çıxışında vətən müharibəsi zamanı Azərbaycan ordusunun qazandığı uğurlardan və bu yolda özünün vətənə olan sevgisindən, keçdiyi döyüş yollarından söhbət açıb.

Tədbirin davamında Bakı Media Mərkəzinin və Salnamə studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olunub.

Əvvəlki Yazı

G7 Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır

Növbəti Yazı

Fələstin Qəzzanı İordan çayının qərb sahilindən ayırmaq fikrini rədd edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.