İyun 19, 2025-12:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Səfir: “Vətən müharibəsində Türkiyənin dəstəyi kənar güclərin prosesə müdaxiləsinin qarşısını aldı”

2023:11:08 - 15:40
in SİYASƏT
A A

“İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Azərbaycanın sülhlə bağlı çağırışlarına cavab vermədi, revanşist niyyətlərindən əl çəkmədi”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun 8 Noyabr – Zəfər Günü ilə bağlı “Anadolu”da dərc olunan məqaləsində yazıb.

O bildirib ki, Azərbaycan müharibədən dərhal sonra Ermənistana sülh əlini uzatdı, qonşuluq əlaqələrini qurmaq və regional layihələri həyata keçirmək üçün xoş niyyətini ortaya qoydu: “Təəssüf ki, “dənizdən dənizə böyük Ermənistan” xülyası ilə yaşayan Ermənistan hakimiyyəti revanşist niyyətlərdən əl çəkmədi. Üçlü bəyanatın tələblərini yerinə yetirməyən və ordusunun qalıqlarını Azərbaycanın suveren torpaqlarından çıxarmayan Ermənistan Laçın yolu vasitəsilə ərazilərimizə mina döşəməyə davam etdi. Bu minalar nəticəsində mülki və hərbçi daxil olmaq 337 Azərbaycan vətəndaşı həlak oldu”.

Diplomat qeyd edib ki, davam edən təxribatlara cavab olaraq Azərbaycan beynəlxalq hüquqla tanınan suveren torpaqlarında, Qarabağ iqtisadi zonasında 23 saatlıq antiterror tədbirləri həyata keçirdi: “Nəticədə qanunsuz silahlı birləşmələr təslim oldu. Azərbaycan bütün torpaqları üzərində suverenliyini təmin etdi”.

R.Məmmədov yazıb ki, Azərbaycan müharibə dövründə dostunu və düşmənini daha yaxından tanıdı: “Qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək, Türkiyə xalqının bizimlə həmrəyliyi gücümüzə güc qatdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər müharibə dövründə dəfələrlə Azərbaycana səfər edərək dəstəklərini bildirdilər. Bütün bunlar Ermənistanın arxasındakı xarici güclərin prosesə müdaxiləsinin qarşısını aldı. Tarixi zəfər regiondakı geosiyasi mənzərəni dəyişdi və yeni reallıq yaratdı. Azərbaycan-Türkiyə əlaqələri bütün Türk dünyasına nümunə oldu. Yaxın gələcəkdə Türkiyəni digər türk dövlətləri ilə bağlayacaq dəhlizin açılması bu birliyi daha da inkişaf etdirəcək”.

Əvvəlki Yazı

Şəkidə Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub

Növbəti Yazı

Azəriqaz”: “Laçın şəhərinin təbii qaz təchizatına başlanılıb”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.