ABŞ prezidenti Donald Tramp Çinə səfərinin 2026-cı ilin əvvəlinə planlaşdırıldığını açıqlayıb.
Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandıran o, “Məni Çinə dəvət etdilər, gələn ilin əvvəlində ora gedəcəyəm. Demək olar ki, razılığa gəldik” deyib.
