Avqust 15, 2026-12:47
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Ceyhun Bayramov estoniyalı həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxna ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilir ki, tərəflər arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

Danışıqlar zamanı əsas diqqət qarşılıqlı faydalı siyasi dialoqun genişləndirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinə yönəlib.

Gündəlikdə həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət və investisiya potensialından tam şəkildə istifadə olunması, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və əlaqəlilik sahələrində tərəfdaşlığın genişləndirilməsi kimi məsələlər də yer alıb.

Nazirlər eyni zamanda daha geniş regional vəziyyəti, eləcə də Azərbaycanla Ermənistan arasında münaqişədən sonrakı normallaşma və sülh prosesini müzakirə ediblər, avqustun 8-də keçirilən Vaşinqton Sammitini və onun əlamətdar nəticələrini xüsusi vurğulayıblar.